Modern.az

Koçaryan Avropa Məhkəməsinə müraciət etdi

Koçaryan Avropa Məhkəməsinə müraciət etdi

Dünya

11 Noyabr 2018, 00:00

Ölkədə konstitusiya quruluşunun devrilməsində ittiham olunan Ermənistanın ikinci prezidenti Robert Koçaryanın vəkilləri Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) şikayətlə müraciət ediblər. Modern.az  xəbər verir ki, Ermənistan KİV-lərinin məlumatına görə, bu məlumatı Koçaryanın vəkili Aram Orbelyan yayıb.

 

Vəkil artıq şikayətlərinin Avropa İnsan Haqları Məhkəməsinə göndərildiyini bildirib: “Biz baş verənlərin ədalətli məhkəmə istintaqının, məhkəmə müdafiəsinin və hüquqların müdafiəsinin Konvensiyaya uyğun olub-olmaması barədə şikayətlə müraciət etmişik. Hazırda təfərrüatlarını təqdim edə bilmərəm. Baar ertəsi günü bəyanatla çıxış edəcəyik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal