Modern.az

Turistlərə Wi-Fi vasitəsi ilə nəzarət ediləcək

Turistlərə Wi-Fi vasitəsi ilə nəzarət ediləcək

11 Noyabr 2018, 20:43

Yaponiyanın Kioto şəhərində turistlərin sayını proqnozlaşdıran, ona nəzarət edən, həmçinin məşhur məkanlarda ziyarətçilər axınını idarə edən yeni sistem yoxlanışdan keçiriləcək. Modern.az  “Trend”ə istinadən xəbər verir ki, bu ölkənin turizm nazirliyi və Turizm Assosiasiyasının pilot layihəsidir.

 

Layihə populyar məkan Arasiyama üçün nəzərdə tutulub. Arasiyama orta əsrlərdən gözəl mənzərələri ilə məşhurdur.

 

İlk dəfə Arasiyamanın 8 rayonunda "tıxac" proqnozları onlayn rejimdə, aktiv Wi-Fi siqnallarını izləyən ötürücülər əsasında yenilənəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal