ABŞ-ın keçmiş dövlət katibi Kondaliza Rays Liviyanın devrilərək öldürülmüş lideri Müəmmər Qəddafinin ona olan münasibətini “qəribə və bir az da qorxunc” deyə təsvir edib.
Modern.az-ın məlumatına görə, Kondaliza Rays bu barədə ötən axşam “CNN”də yayımlanan proqramda danışıb.
Rays deyib ki, Afrika səfərlərinin birində Qəddafinin onun üçün hazırlatdığı videonu seyr edib. Qəddafi ona deyibmiş ki, videodiskdəki “Ağ sarayda qara bir gül” adlı mahnı xüsusi olaraq ABŞ dövlət katibi üçün bəstələtdirib.
Videonu izləyərkən nələr hiss etdiyi soruşulduqda isə Rays, “olduqca qeyri-adi, qəribə və bir az da qorxuncdur” deyə vurğulayıb.
Qəddafinin ona olan marağını əvvəlcədən bildiyini qeyd edən Rays Liviya səfərlərinin birində onunla birlikdə videonu seyr etdikdən sonra yalnız iş haqqında danışmağa davam etmək üçün çalışdığını söyləyib.
Rays deyib ki, Qəddafi ona haqqında video göstərəcəyini bildirdiyində çox qorxub, sonda ədəbsiz bir şey olmadığı üçün rahat nəfəs alıb.
Modern.az