Modern.az

Soros Fondu Türkiyədən getdi

Soros Fondu Türkiyədən getdi

Dünya

26 Noyabr 2018, 20:29

Milyarder Corc Sorosun sahibi olduğu Açıq Cəmiyyət Fondunun Türkiyədəki ofisinin fəaliyyətinə xitam verilib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Fondun İdarə Heyəti qərar çıxarıb.

 

Bildirilib ki, son günlər KİV-də yer alan əsassız iddiaların və spekulasiyaların artması səbəbindən bu addım atılıb.

 

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün öncə Soros Fondunu ölkəsinin daxili işlərinə qarışmaqda günahlandırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal