Modern.az

Rusiya konsulluğuna hücum oldu – VİDEO

Rusiya konsulluğuna hücum oldu – VİDEO

26 Noyabr 2018, 20:43

Kerç boğazında yaşanan gərginlikdən hiddətlənən bir qrup ukraynalı fəal Rusiyanın Xarkov şəhərindəki Konsulluğuna hücum edib. Modern.az xəbər verir ki, ukraynalı millətçilər qarşısında əvvəlcə konsullu binası qarşısında etiraz aksiyası təşkil ediblər. Daha sonra məşəllərlə konsulluq binasına hücum ediblər. Rusiya əleyhinə şüarlar səsləndirən etirazçılar əllərindəki məşəlləri konsulluğun binasına atıblar.

 

Qeyd edək ki, bundan öncə də Rusiyanın Kiyev və Lvov Konsulluğuna hücum edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal