BMT Təhlükəsizlik Şurası Rusiyanın təşəbbüsü üzrə Kerç boğazında baş vermiş hadisənin müzakirə etməkdən boyun qaçırıb. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Təhlükəsizlik Şurasına sədrlik edən Çinin təmsilçisi bununla bağlı deyib: “Gündəliyin təsdiqi məsələsi səsə qoyularkən üzvlərdən 7-si “əleyhinə”, 4-ü “lehinə” səs verib, 4 üzv isə bitərəf qalıb. Beləliklə, gündəlik qəbul olunmayıb”.
Bundan öncə Rusiya təcili olaraq gündəliyin “Beynəlxalq sülhün və təhlükəsizliyin qorunması” bəndi üzrə açıq iclasın çağırılmasını istəmişdi.