Modern.az

ABŞ polisindən miqrantlara təzyiq

ABŞ polisindən miqrantlara təzyiq

26 Noyabr 2018, 22:29

ABŞ polisi Mərkəzi Amerika ölkələrindən gələn miqrantlara müdaxilə edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, sərhəd divarını aşmaq istəyən miqrantlara qarşı gözyaşardıcı qazdan istifadə edilib.

 

Meksikanın televiziya kanallarında yayılan görüntülərdə miqrantların metal divarlara qalxmağa cəhd etdikləri, bəzilərinin isə divarın altından keçməyə çalışdığı əks olunub.

 

Polisin müdaxiləsindən sonra miqrantlar geri qayıtmaq məcburiyyətində qalıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal