Ukraynanın Ali Radası Kerç boğazında baş verən insidentlə bağlı ölkədə hərbi vəziyyətin elan olunmasını təsdiqləyib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hərbi vəziyyət 28 noyabr tarixindən 30 gün müddəti ərzində qüvvədə olacaq.
Qeyd edək ki, noyabrın 25-də Kerç boğazında Ukrayna və Rusiya gəmilərinin heyətləri arasında insident yaşanıb. Belə ki, 3 Ukrayna gəmisi Kerç boğazından keçərək Azov dənizinə çıxmaq istəyərkən Rusiya tərəfindən atəşə tutulub. Nəticədə 1 nəfər ölüb, 3 hərbi gəmi isə Rusiya tərəfindən ələ keçirilib.