Modern.az

Axtarışda olan təhlükəli terrorçu zərərsizləşdirildi

Axtarışda olan təhlükəli terrorçu zərərsizləşdirildi

27 Noyabr 2018, 22:15

Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olan daha bir təhlükəli terrorçu zərərsizləşdirilib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, PKK/KCK terrorçu qruplaşmalarının rəhbər şəxslərindən sayılan Zinar Amed ləqəbli Ali Akbaş Türkiyənin Muş bölgəsindəki Malazgirt Tatargazi kəndində məhv edilib. Bir sıra ağır cinayətlərdə ittiham olunan bu terrorçunun axtarışı üçün 300 min Türkiyə lirəsi mükafat müəyyən edilmişdi.

 

Bildirilir ki, terrorçunun məhv edildiyi yerdə qumbara, avtomat və xeyli sursat aşkar olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal