Modern.az

Şahzadə xəbərdarlığa məhəl qoymadan Tunisə getdi

Şahzadə xəbərdarlığa məhəl qoymadan Tunisə getdi

27 Noyabr 2018, 23:17

Saudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Tunisə səfər edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, onu Tunis Prezidenti Beji Kaid əs-Sebsi hava limanında qarşılayıb.

 

Səfər çərçivəsində ikitərəfli görüşün keçirilməsi nəzərdə tutulub.

 

Qeyd edək ki, vəliəhd şahzadənin regiona turnesi 23 noyabrda başlayıb. Turne çərçivəsində vəliəhd şahzadə artıq BƏƏ, Bəhreyn və Misirə səfər edib.

 

Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salmanın Tunisə səfərinə etiraz olaraq deputat İmad əd-Daiminin parlamentdə açıdığı yazılı plakat diqqət çəkmişdi.

 

Deputat bildirib ki, vəliəhd Tunisə səfər etməklə jurnalist Camal Qaşıqçının qətlindən sonra itən nüfuzunu düzəltməyi hədəf alıb: “İnsanlığa qarşı işlənən cinayətlərdə əli olan Məhəmməd bin Salmanın Tunisə səfərini rədd edirik! Qatil bin Salman, Tunisə nə xoş gəldin, nə də səfa gətirdin!”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal