Modern.az

Fransaya gedən Türkiyə vətəndaşlarına xəbərdarlıq

Fransaya gedən Türkiyə vətəndaşlarına xəbərdarlıq

Dünya

3 Dekabr 2018, 00:34

Türkiyə Xarici İşlər Nazirliyi Fransaya səfərlə bağlı vətəndaşlara xəbərdarlıq edib. Modern.az xəbər verir ki, XİN-nin bəyanatında paytaxt Paris başda olmaqla, digər şəhərlərin də nümayişlər keçirilən ərazilərindən uzaq durmaları tövsiyə olunub.

 

“Vətəndaşlara təhlükəli küçələrdə, prosepektlərdə, meydan və ərazilərdə uzun müddət qalmamaları tövsiyə olunur”, - deyə bəyanatda bildirilib.

 

Qeyd edək ki, Fransada iqtisadi durumla bağlı bir neçə gündür ki, başlanan və zorakılıqla müşayiət edilən iğtişaşlar səngimir.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu