“Time” jurnalı 2018-ci il üzrə "İlin adamı"nı elan edib.
Modern.az xəbər verir ki, bu il qələbəni fəaliyyətlərinə görə təzyiqlərə məruz qalan bir qrup jurnalist tutub. Onlar arasında “Wasington Post”un müxbiri, müəmmalı şəkildə öldürülən Camal Kaşıkçı, Myanmada 7 il müddətinə azadlıqdan məhrdum edilən “Reuters” agentliyinin əməkdaşları 32 yaşlı Va Lon və 28 yaşlı Soe Oo daxildir.
“Rappler” jurnalının baş redaktoru Mariya Ressa və 2018-ci ilin iyununda redaksiyasına silahlı hücum zamanı 5 əməkdaşını itirən ABŞ-ın “Capital Gazzete” nəşri də bu nominasiyada qalib elan edilib.