Modern.az

Türkiyədə polis rəisi güllələnib öldürüldü - 2 nəfər yaralandı

Türkiyədə polis rəisi güllələnib öldürüldü - 2 nəfər yaralandı

Dünya

11 Dekabr 2018, 18:34

Türkiyənin Rize şəhər Polis idarəsinin rəisi Altuğ Verdi polis məmurunun açdığı atəş nəticəsində ölüb.

 

Modern.az saytının Türkiyə KİV-nə istinadən məlumatına görə, bu haqda ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Atəş nəticəsində rəisin iki cangüdəni də yaralanıb. 

 

Hadisəni törədən yol polisi İsmayıl Hakkı Sarıcaoğlu ayağından vurularaq saxlanılıb. 

 

Qeyd olunur ki, Derepazar rayon Polis şöbəsinin məmuru Sarıcaoğlu polis rəisi Altuğ Verdi ilə görüşmək üçün əyalət mərkəzinə gedib.

 

O, görüşə girərkən xidməti silahı və mobil telefonunu təhlükəsizlik xidmətinə təhvil verib. Onlar görüşdükdən sonra polis məmuru oradan aralanıb.

 

Telefonu və silahını geri aldıqdan sonra qaça-qaça Altuğ Verdinin kabinetinə girərək rəisini, şəxsi heyət komandiri Ercan Polatı və mühafizə xidmətinin əməkdaşı Yigit Can Köksalı güllələyərək yaralayıb.

 

Yaralılar xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, polis rəisinin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin vəziyyətinin yaxşı olduğu bildirilir.

Hadisə barədə prezident Rəcəb Tayyib Ərdoğana məlumat verilib. 

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu