Ukraynada təyyarə qəzası olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin Jitomir vilayətində qeydə alınıb.
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumata görə, qəzaya uğrayan SU-27 hərbi təyyarəsi olub.
Qəza nəticəsində pilot həlak olub.
Hazırda hadisənin başvermə səbəbi araşdırılır.