Türkiyə Silahlı Qüvvələri antiterror əməliyyatlarını davam etdirir. Modern.az xəbər verir ki, bu dəfə Hərbi Hava Qüvvələri İraqın şimalındakı Qara bölgəsinə havadan hücum təşkil edib.
Məlumata görə, hücum zamanı 13 terrorçu məhv edilib. Terror təşkilatına məxsus mağara və sığıncaqlar dağıdılıb.
Qeyd edək ki, ötən gün aparılan əməliyyat nəticəsində 8 terrorçu zərərsizləşdirilib.