ABŞ-ın daxili işlər naziri istefa verib. Modern.az xəbər verir ki, daxili işlər naziri Rayan Zinkenin istefası barədə ABŞ prezidenti Donald Tramp “Tvitter”də yazıb
Donald Tramp nazirin fəaliyyəti müddətində böyük işlər gördüyünü qeyd edib: “Millətimizə xidmətinə görə ona təşəkkür etmək istəyirəm. Onun yerinə gələcək namizədin adını gələn həftə açıqlayacayıq”.