Modern.az

1702 jurnalist Putinin mətbuat konfransına yazıldı

1702 jurnalist Putinin mətbuat konfransına yazıldı

Dünya

20 Dekabr 2018, 08:53

Rusiya prezidenti Vladimir Putin dekabrın 20-də özünün ənənəvi illik mətbuat konfransını keçirəcək.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu, Putinin sayca 14-cü kütləvi mətbuat konfransı olacaq. Mərasimdə iştirak etmək üçün 1702 jurnalist akkreditə olunub.

Qeyd edək ki, Putinin belə mətbuat konfransları 4-5 saat sürür.

Ötən il dekabrın 14-də keçirilmiş sual-cavab marafonunda 1600 rusiyalı və xarici jurnalist qeydiyyatdan keçmişdi.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu