Modern.az

ABŞ Çinə qarşı yeni iqtisadi sanksiyalar tətbiq edir

ABŞ Çinə qarşı yeni iqtisadi sanksiyalar tətbiq edir

Dünya

20 Dekabr 2018, 21:27

ABŞ Ədliyyə Nazirliyi Çinin dövlət qurumları ilə bağlı olduğu iddia edilən haker qrupuna rəsmi Vaşinqton və başqa ölkələrə qarşı kiberxəfiyyəlik fəaliyyəti göstərmək ittihamı irəli sürmək niyyətindədir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı ABŞ hökuməti Çinə qarşı yeni iqtisadi sanksiyalar tətbiq etməyi düşünür.

 

“The Washington Post”un məlumatına görə, bu ölkələr uzun müddət xəfiyyə hücumlarına məruz qalıb: “Çinli hakerlər kibertəhlükəsizlik sahəsində dövlət qurumlarına, iri şirkətlərə xidmətlər göstərən özəl şirkətlərin şəbəkələrini dağıdıblar”.

 

Qeyd edək ki, bu il oktyabrın 30-da ABŞ Ədliyyə Nazirliyi Çin kəşfiyyatının bəzi əməkdaşlarını sənaye xəfiyyəliyində ittiham etmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu