Kamçatka sahillərində 7,2 bal gücündə zəlzələ baş verib. Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Məlumata görə, zəlzələ ocağının dərinliyi 85 kilometr olub. Tsunaminin baş verməsi ehtimalı var.