Xəzər dənizində İranın ticarət gəmisi batır. Modern.az xəbər verir ki, hadisə gəmidə deşik əmələ gəldiyindən baş verib. Hərbi Dəniz Qüvvələri xüsusi xilasetmə əməliyyatı keçirir.
HDQ-in məlumatında bildirilir: "İranın Hərbi Dəniz Qüvvələrinin xilasetmə və yardımın göstərilməsi üzrə komandaları Şimal donanmasının dalğıc qrupu ilə birlikdə hal-hazırda hadisə yerindədir".