ABŞ məhkəməsi rusiyalı kriminal avtoritet və “qanunda oğru” Racen Şulaya 45 il həbs cəzası verib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o adam oğurluğu, fırıldaqçılıq və mütəşəkkil cinayətkar dəstələrlə əlaqəyə görə məhkum edilib.
41 yaşlı Şulaya Nyu-York, Nyu-Cersi və Pensilvaniya ştatlarındakı cinayətkar qruplarla əlaqədə olub. Həbslə yanaşı, o 550 min dollar cərimə də ödəyəcək.