Modern.az

Kürdlərin Əsəd hakimiyyəti ilə razılaşmaqdan başqa seçimləri yoxdur

Kürdlərin Əsəd hakimiyyəti ilə razılaşmaqdan başqa seçimləri yoxdur

21 Dekabr 2018, 20:15

“ABŞ hərbçilərinin Suriyadan çıxmasından sonra Demokratik Suriya Qüvvələri (DSQ) bəzi təhlükəsizlik tədbirləri səbəbindən Əsəd rejiminə güzəştə getməyə məcbur olacaq”. Modern.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Nikolay Surkov ABŞ-ın Suriya ilə bağlı son qərarını müzakirə edərkən deyib.

Ekspert qeyd edib ki, Kürdlərin Əsəd hakimiyyəti ilə razılaşmaqdan başqa seçimləri yoxdur: “Amerikalılardan başqa suriyalı kürdlərin təhlükəsizliyin qarantı olacaq başqa heç kim yoxdur. Bu səbəbdən Dəməşqlə əməkdaşlıq “pisin yaxşısı” timsalındadır. Türklər gələrsə PYD-nin həyatda qalmaq şansı yoxdur. Müzakirə prosesinin başlaması tamamilə məntiqlidir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu