Avtobus qəzasında 16 nəfər həyatını itirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Nepalda qeydə alınıb. Sərnişin avtobusunun dərəyə aşması nəticəsində daha 12 nəfər xəsarət alıb.
Məlumata görə, avtobus dərəyə 400 metr hündürlükdən düşüb. Hadisə nəticəsində həlak olanlar əsasən tələbə və müəllimlərdir.