Modern.az

Parisdə daha 30 etirazçı saxlanıldı

Parisdə daha 30 etirazçı saxlanıldı

Dünya

22 Dekabr 2018, 21:05

Bu gün Fransanın paytaxtı Parisdə keçirilən "sarı jiletlilər"in aksiyasında 30 nəfər saxlanılıb. Modern.az xəbər verir ki, bu barədə BFM TV xəbər verir.

Bildirilir ki, fəalların 3-ü həbs edilib. Telekanalın məlumatına görə, mitinqdə 800-ə yaxın insan iştirak edib. Aksiyaçıların böyük hissəsi turist zonası olan Monmartr şəhərindəki Sakre-Ker kilsəsinin yaxınlığında toplaşıblar.

Polisdən bildirilib ki, onlar daha izdihamlı aksiyanın Versalda keçiriləcəyini gözləyib. Lakin bunun etirazçıların manevri olduğu üzə çıxıb.

Qeyd edək ki, bu gün Fransada "sarı jiletlilər"in 6-cı aksiyası keçirilib. Aksiya ilə əlaqədar təhlükəsizliyi 4 min asayiş keşikçisi qoruyub. Onlardan 1225 nəfəri Parisdə olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu