Donald Tramp administrasiyası Konqreslə kompromisə gedərək ABŞ-la Meksika sərhədində tikiləcək divarın inşası üçün daha az vəsait tələb edəcək.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin aparata rəhbəri Mik Malveyni açıqlama verib.
“Respublikaçılar olaraq Meksika ilə sərhədə 5 milyard dollar deyil, daha az vəsait tələb edəcəyik. Amma Konqres də ayıracağı məbləği 1,3 milyard dollardan bir az artırmalıdır”.