Əfqanıstanın Kabil şəhərində hökumət kompleksinə hücum nəticəsində 43 nəfər ölüb, 10 nəfər isə yaralanıb.
Modern.az Əfqanıstan səhiyyə nazirinin mətbuat katibi Vahid Mahruha istinadən xəbər verir ki, kompleksə 3 silahlı daxil olaraq ətrafa atəş açmağa başlayıblar.
Hazırda heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.