Rusiya XİN-i Belarus Təhlükəsizlik Şurasının baş katibi Stanislav Zasın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi postuna təsdiq olunacağına inanır.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Zas dekabrın 18-də Putinlə görüşüb və namizədliyinə razılıq verilib.
Rusiya XİN-dəki mənbə dekabrın 27-də Putin-Paşinyan görüşündə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi postuna Zasın təyin olunmasını müzakirə edəcəklərini də vurğulayıb.
“Ermənistan tərəfinin müdrikliyinə ümid edirik. Əgər sən təşkilatın üzvüsənsə, kompromisə getməyi bacarmalısan”.
Beləliklə, Stanislav Zasın namizədliyi Ermənistan istisna olmaqla, digər 5 üzv ölkənin prezidenti tərəfindən qəbul olunub.