İranda ağır avtobus qəzası qeydə alınıb. Modern.az xəbər verir ki, hadisə paytaxt Tehranda baş verib. İçərisində Azad Elmi-Tədqiqat Universitetinin tələbələri olan avtobusun qəzaya düşməsi nəticəsində 8 tələbə ölüb, 28-i yaralanıb.
Ali təhsil müəssisəsinin elmi-təqdiqat bölməsinin rəhbəri Reza Məsudinin sözlərinə görə, yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.