Modern.az

Sunami qurbanlarının sayı 431-ə çatdı

Sunami qurbanlarının sayı 431-ə çatdı

Dünya

29 Dekabr 2018, 20:16

İndoneziyada sunami qurbanlarının sayı artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Sumatra və Yava adalarında sunami nəticəsində 431 nəfər ölüb. Təbii fəlakət zamanı təxminən 7 min 200 insan xəsarət alıb.

Təbii Fəlakətlərin Aradan Qaldırılması üzrə Milli Agentliyin rəsmi nümayəndəsi Sutopo Nuqroxo öz "Twitter" səhifəsində qeyd edib ki, təbii fəlakət nəticəsində 46 mindən çox yerli sakin öz evlərini tərk etmək məcburiyyətində qalıb. Təxminən 1,5 min yaşayış obyekti tamamilə dağılıb.

 

Daha çox insan itkisi Yava adasının Banten əyalətində yerləşən Pandeqlanq və Seranq rayonlarında, həmçinin Sumatranın Lampunq əyalətində qeydə alınıb.

 

Daha əvvəl İndoneziyada məktəb binasının uçması nəticəsində 20 nəfər ölüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu