Modern.az

Rusiyadan Ukraynaya qarşı yeni sanksiya

Rusiyadan Ukraynaya qarşı yeni sanksiya

Dünya

29 Dekabr 2018, 23:17

Rusiya Ukraynaya qarşı sanksiyaları genişləndirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Nazirlər Kabineti Ukraynadan buğda, meyvə-tərəvəz, şəkər tozu, pivə, sement və bir sıra məhsulların idxalına qadağa qoyub.

 

Məlumata görə, sanksiya qeyri-müəyyən vaxta qədər qüvvəyə minib.

 

Qeyd edilib ki, Ukrayna Rusiyaya tətbiq etdiyi sanksiyaları ləğv edərsə, Rusiya da bu barədə qərarını gözdən keçirə bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu