Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin rəhbəri Yevgeniy Ziniçev bildirib.
Onun sözlərinə görə, dağıntılar altında daha 3 nəfərin meyiti aşkar edilib: "Daha 3 meyit görürük, lakin onları çıxara bilmirik. Çinki binanın kostruksiyasının dağılma riski var".
Y. Ziniçev qeyd edib ki, hazırda işlərin bitmə zamanı haqqında məlumat vermək çətindir: "Demək çətindir, hətta ekspertlər indi deyə bilməzlər. Təxminən 2 gün".
Qeyd edək ki, qırx səkkiz mənzilli onmərtəbəli binada yaşayan 110 sakindən 16-sı təxliyə edilib.