Modern.az

Yeni il şənliklərinin səbəb olduğu qəzalarda 314 nəfər öldü

Yeni il şənliklərinin səbəb olduğu qəzalarda 314 nəfər öldü

1 Yanvar 2019, 20:15

Tailandda Yeni il şənliklərinin 5 günündə baş verən yol qəzalarında 314 nəfər həlak olub. Modern.az  "Report"a istinadən xəbər verir ki, qəzalar zamanı daha 2848 nəfər xəsarət alıb. Ölkədə Yeni il şənlikləri dekabrın 27-də başlayır və 7 gün davam edir. Dekabrın 27-dən 31-ə qədər 2761 yol-nəqliyyat hadisəsi baş verib.

 

Nəşr bildirib ki, təkcə dekabrın 31-də 569 qəza olub. Həmin yol-nəqliyyat hadisələri zamanı 72 nəfər ölüb, 591 nəfər xəsarət alıb. 

 

Daha əvvəl Tailandda silahlıların hücumu nəticəsində 2 nəfər ölüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu