Filippində güclü yağışlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 85-ə çatıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, daha əvvəl 75 nəfərin öldüyü bildirilirdi.
Məlumata görə, daha 16 nəfər itkin düşümüş sayılır. İndiyədək 69 nəfər Bikol regionunda, 13 nəfər Şərqi Visayi, 3 nəfər isə digər regionlarda həlak olub.