Modern.az

Futbol matçında insident: 62 nəfər xəsarət aldı

Futbol matçında insident: 62 nəfər xəsarət aldı

2 Yanvar 2019, 23:02

Futbol üzrə Əlcəzair kubokunun 1/16 final mərhələsində keçirilən “MC Alger”-“Village Moussa” matçı zamanı azarkeşlərlə təhlükəsizlik qüvvələri arasında baş verən insident nəticəsində 62 nəfər xəsarət alıb. Modern.az xəbər verir ki, xəsarət alanlardan 45-i polis əməkdaşıdır.

 

Bildirilir ki, azarkeşlərin meydana daş və digər yad əşyalar atması, həmçinin baş verən qarşıdurmalar səbəbindən oyun bir neçə dəfə dayandırılıb. Lakin baş hakim matça əlavə edilmiş dəqiqələrdə oyunu tamamilə dayandıraraq futbolçuları soyunub-geyinmə otağına yollayıb.

 

Əlcəzair Futbol Federasiyası hadisə ilə bağlı araşdırmalara başlayıb. Meydan sahiblərinin ağır cəzalara məruz qalacağı istisna edilmir.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu