Əfqanıstanın Bədəxşan vilayətində torpaq sürüşməsi nəticəsində qızıl mədəninin çökməsi zamanı ölənlərin sayı artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Qızıl mədəninin çökməsi nəticəsində həlak olanların sayı 40-a çatıb.
İlkin məlumata görə, daha 15 şaxtaçı xəsarət alıb. Çökmə nəticəsində torpaq altında başqa şaxtaçıların da olduğu istisna edilmir.
Qeyd edək ki, Bədəxşan vilayətində üç gündür kəskin hava şəraiti hökm sürür. Güclü qarın magistral yolları bağlaması nəticəsində vilayətin digər rayonlarla nəqliyyat əlaqəsi kəsilib.
***
Əfqanıstanda şaxtada baş verən uçqun nəticəsində 30 nəfər həlak olub.
Modern.az məlumatına görə, hadisə nəticəsində 15 nəfər yaralanıb. Uçqun Şapu adlı yerdə baş verib.
Badaxşan vilayətinin qubernatoru Məhəmməd Nəzərinin sözlərinə görə, xəsarət alanların vəziyyəti ağırdır.