İranda onlarla insan İraqla sərhəddə baş vermiş zəlzələdən sonra müxtəlif zədələrlə xəstəxanalara müraciət edib. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının Fövqəladə Vəziyyətlər üzrə Departamentinin nümayəndəsi Mojtab Xalidi “İRNA” agentliyinə bildirib.
Mojtab Xalidi qeyd edib ki, bu insanlardan heç kim zəlzələdən zərər çəkməyib: “Onlar qorxu və qaçış zamanı xəsarət alıblar. Xəstəxanalara 31 nəfər müraciət edib. Onların əksəriyyəti - 29 nəfər evə buraxılıb. İki zərərçəkmişə tibbi yardım göstərilir”.
Qeyd edək ki, İran-İraq sərhədində 5,7 bal gücündə zəlzələ olub.