Modern.az

Ərdoğan Venesuela prezidentinə bu səbəbdən təəssüfləndi

Ərdoğan Venesuela prezidentinə bu səbəbdən təəssüfləndi

8 Yanvar 2019, 00:27

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Venesuela prezidenti Nikolas Maduro arasında telefon danışığı olub. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, tərəflər telefon danışığı zamanı ölkələr arasında əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Rəcəb Tayyib Ərdoğan Venesuela prezidentinin andiçmə mərasimində sıx iş qrafiki səbəbindən iştirak edə bilməyəcəyinə görə təəssüfləndiyini bildirib.

 

T.Ərdoğan əlavə edib ki, Türkiyəni mərasimdə ölkənin vitse-prezidenti Fuat Oktay təmsil edəcək.

 

Türkiyə lideri həmçinin vurğulayıb ki, Türkiyə Venesuelada sabitlik, sülh və rifahın təmin edilməsinə böyük əhəmiyyət verir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu