Modern.az

ABŞ-la sərhəddə 21 yandırılmış cəsəd tapıldı

ABŞ-la sərhəddə 21 yandırılmış cəsəd tapıldı

Dünya

10 Yanvar 2019, 21:57

Meksikanın hökumət orqanları ABŞ ilə sərhəddə yerləşən Tamaulipas ştatında 21 yandırılmış cəsəd aşkar ediblər. Modern.az xəbər verir ki, bu barədə “Excelsior” qəzeti məlumat yayıb.

 

Məlumata görə, yandırılmış cəsədlər narkokartellərin münaqişəsinin qurbanlarıdır. Hadisə Tamaulipas ştatının Migel Aleman şəhəri yaxınlığında törədilib.

 

Tamaulipas ştatı narkotrafik sistemində əsas regionlardan biridir. Narkokartellər arasındakı münaqişələr səbəbindən orada tez-tez kütləvi qırğınlar törədilir. Hazırda ştatda üç kartel arasında mübarizə gedir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu