“İsrail İranın Suriyada hərbi cəhətdən möhkəmlənməsinin qarşısını almaq üçün Tehranın qonşu ərəb ölkəsindəki obyektlərinə hücumları artırmağa hazırdır”. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu bazar günü yəhudi dövlətinin baş naziri Binyamin Netanyahu deyib.
Baş nazirə istinadən yayılan bəyanatda bildirilir ki, İsrail Dəməşq beynəlxalq aeroportunda İranın silah anbarına zərbə endirib: “Bu, bizim İranın Suriyada hərbi cəhətdən möhkəmlənməsinin qarşısını almaqda qərarlı olduğumuzu əks etdirir. Lazım gələrsə, biz bu cür hücumları intensivləşdirməyə hazırıq".
Qeyd edək ki, daha əvvəl İsrail Qəzzada HƏMAS-ın mövqelərinə hava zərbəsi endirib.