Modern.az

Qətər ABŞ-a 45 milyard dollar investisiya yatıracaq

Qətər ABŞ-a 45 milyard dollar investisiya yatıracaq

13 Yanvar 2019, 22:47

“Qətər İnvestisiya Fondu (Qatar Investment Authority, QIA) Avropa aktiv portfelini yenidən balanslaşdırdıqdan sonra yaxın iki ildə ABŞ-a sərmayə yatırımını 45 milyard dollara qədər artırmaq niyyətindədir”. Modern.az xəbər verir ki, bunu bazar günü Fondun icraçı direktoru Mənsur İbrahim əl-Mahmud bildirib.

 

Onun sözlərinə görə, QIA hazırda ABŞ-a təqribən 30 milyard dollar investisiya yatırıb: "İndi söhbət ABŞ bazarı üçün 45 milyard dollardan gedir, biz bunu növbəti iki ildə reallaşdırmaq istiqamətindəyik".

 

Qeyd edək ki, Əl-Mahmuda qədər Fondun rəhbəri vəzifəsini tutan Abdulla bin Məhəmməd bin Səud əl-Tani 2015-ci ildə 5 il ərzində ABŞ-a 45 milyard dollar sərmayə yatırmaq niyyətində olduqlarını bildirmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu