Modern.az

Hərbi helikopter qəzaya uğradı

Hərbi helikopter qəzaya uğradı

14 Yanvar 2019, 20:37

Braziliyada helikopter qəzaya uğrayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hərbi polis helikopteri Rio-de-Janeyro sahili yaxınlığında qəzaya uğrayıb. Qəzaya uğrayaraq Quanabara körfəzinə düşən vertolyotun göyərtəsində olan 4 nəfər xilas edilib.

 

Məlumata görəi, qəzaya uğrayan "Feniks 08" vertolyotu iki meqapolisi birləşdirən "Qırmızı xətt" avtomagistralına nəzarət edirmiş.

 

Vertolyotun hansı səbəbdən körfəzə düşməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu