Modern.az

Terror aktında 90 nəfər yaralandı

Terror aktında 90 nəfər yaralandı

14 Yanvar 2019, 21:49

Əfqanıstanın paytaxtı Kabildə törədilən terror aktı nəticəsində 90 nəfər yaralanıb. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, yaralılardan  23-ü uşaqdır.

Əfqanıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, axşam saatlarında Kabildə Green Village kompleksi rayonunda partlayıcı yüklənmiş avtomobil partladılıb.

Nazirlik nümayəndəsinin bundan əvvəlki açıqlamasında terror aktı zamanı 4 nəfərin öldüyü və 44 nəfərin xəsarət aldığı bildirilirdi.

Yerli KİV-lər qeyd edirlər ki, paytaxt aeroportunun bilavasitə yaxınlığında yerləşən və xüsusi mühafizə edilən kompleks əsasən əcnəbilər üçün fəaliyyət göstərir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu