Modern.az

ABŞ NATO-dan çıxa bilər - Tramp qalmaqal yaratdı

ABŞ NATO-dan çıxa bilər - Tramp qalmaqal yaratdı

15 Yanvar 2019, 12:27

ABŞ prezidenti Donald Tramp ölkəsini NATO-dan çıxarmaq fikrinə qayıda bilər.

 

Modern.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti yazır.  

Qəzetin məlumatına görə, Tramp NATO-ya üzv digər ölkələrin hərbi sahəyə ayırdıqları vəsaitin həcmindən narazıdır.

 

2018-ci il ərzində Trampın bir neçə dəfə NATO-dan çıxmaqla bağlı açıqlama verdiyi məlumdur. Onun yüksək rütbəli hərbçilərlə danışıqlar zamanı bir neçə dəfə “NATO-nun mövcudluğunda məna görmürəm” dediyi məlum olub. Başqa bir adı açıqlanmayan mənbə isə Trampın İspaniya, İtaliya, Fransa və Almaniyanın hərbi xərclərini Ümumi Daxili Məhsulun 2%-i həddinə çatdırmayacağı təqdirdə, ölkəsinin “öz bildiyi kimi hərəkət edəcəyi” barədə xəbərdarlığını xatırlatmışdı.

 

NATO-da olan mənbələr sonradan Reuters agentliyinə açıqlamasında Trampən NATO-dan çıxmaqla bağlı xəbərdarlıq etmədiyini, lakin üzv ölkələrin hərbi xərclərini artırmasına çağırış etdiyini xatırladıb.

 

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu