Modern.az

Suriya paytaxtına güclü qar yağdı

Suriya paytaxtına güclü qar yağdı

Dünya

17 Yanvar 2019, 00:44

Suriya paytaxtı Dəməşqə güclü qar yağıb. Nəticədə küçələrin əksəriyyəti su altında qalıb. Modern.az “RİA Novosti"yə istinadən xəbər verir ki, sinoptiklər Suriya paytaxtına 36 saat davam edəcək qütb siklonunun gələcəyi barədə əvvəlcədən xəbərdarlıq ediblər.

 

Siklonla əlaqədar olaraq Suriyanın bütün dəniz limanları bağlanıb.

 

Dəməşqdə hava günortadan sonra birdən-birə pisləşib, göy üzünü buludlar alıb, ardınca güclü yağış yağmağa başlayıb. Daha sonra yağış güclü qar ilə əvəzlənib.

Yerli sakinlərin bildirdiklərinə görə, artıq neçə ildir yanvar ayında belə hava müşahidə olunmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza