ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında növbəti görüş Vyetnamın paytaxtı Hanoyda baş tuta bilər.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə respublikaçı konqressmen Maykl Makkol açıqlama verib.
“Dünən ABŞ-ın Cənubi Asiya və Sakit okean regionundakı ölkələrində çalışan səfirlərlə görüş keçirdim. Çox güman ki, görüş Hanoyda baş tutacaq”.
Trampın fevralda görüş keçirmək istədiyi də xəbər verilir.