Modern.az

CIA-nın “kölgəsi”ndən PROQNOZ: “Yerevanla Moskva arasında ciddi problemlər var”

CIA-nın “kölgəsi”ndən PROQNOZ: “Yerevanla Moskva arasında ciddi problemlər var”

23 Yanvar 2019, 13:50

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə sıx bağlılığı olan “Stratfor” analitik mərkəzi 2019-cu ildə Ermənistanla Rusiya arasında münasibətlərin gərgin qalacağını proqnoz verib.

 

Modern.az agentliyə istinadən xəbər verir ki, mərkəz Yerevanla Moskva arasında siyasi və iqtisadi sahədə ciddi fikir ayrılıqlarının olduğunu ehtimal edir.

 

“Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbs olunması və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Yuri Xaçaturovun geri çağırılması Moskvanın ciddi narazılığına səbəb olub. Amma Yerevan və Moskva arasındakı siyasi problemlərə iqtisadi xarakterli problemlər də əlavə olunub”-deyə “Stratfor” yazır.

 

“Stratfor”-un fikrincə, İran, Türkiyə və ABŞ situasiyadan istifadə edərək Rusiyanın Qafqazdakı mövqelərini zəiflədəcək.

 

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu