Rusiya iş adamı və milyarder Emin Ağalarov “Rusiya işi” ilə bağlı ona qarşı ABŞ tərəfinin irəli sürdüyü ittihamları “fantastika” adlandırıb.
Modern..az Rusiya KİV-nə istinadən xəbər verir ki, müğənni bu ittihamlara görə ABŞ-da qastrol səfərini ləğv etməli olduğunu da təəssüflə deyib.
“Mən heç bir qanunu, sərhədi və prinsipləri pozmamışam. Müzakirə olunan və ittiham kimi irəli sürülən bütün məsələlər fantastikadır”.