Modern.az

Kiyev meri xəstəxanaya yerləşdirildi

Kiyev meri xəstəxanaya yerləşdirildi

29 Yanvar 2019, 00:28

Kiyev meri, ukraynalı məşhur boksçu Vitali Kliçko Avstriyada xəstəxanaya yerləşdirilib. Modern.az xəbər verir ki, bu barədə Vitali Kliçkonun mətbuat katibi Oksana Zinovyeva məlumat verib.

O bildirib ki, Kliçko Sankt Yohann-in Trol şəhərində xəstəxanalardan birində həkim nəzarəti altındadır: “Vitali Kliçko Avstriyada müalicədən və reabilitasiyadan keçəcək. Onun keçmişdə kürəyindən aldığı zədənin pisləşməsi müşahidə olunub. Boksçu hələ 26 yanvarda, Davosda olan zaman xəstəxanaya yerləşdirilmişdi”.

 

Qeyd edək ki, Kliçko 2007-ci ildə amerikalı Cəmil Makklaynla döyüşə hazırlaşan zaman kürəyindən ciddi zədə almışdı. Döyüş təxirə salınmışdı və Kliçko əməliyyat olunmuşdu.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza