Modern.az

İŞİD 1 ilə itirdiyi əraziləri geri qaytara bilər – XƏBƏRDARLIQ

İŞİD 1 ilə itirdiyi əraziləri geri qaytara bilər – XƏBƏRDARLIQ

1 Fevral 2019, 10:37

Davamlı hərbi təzyiq olmasa, İŞİD Suriyada itirdiyi əraziləri 1 il ərzində geri ala bilər. Modern.az xəbər verir ki, bu barədə Pentaqonun yeni hesabatında deyilir.

 

Hesabat ABŞ qoşunlarının Suriyanı tərk edəcəyi halda, hazırda partizan müharibəsi taktikasından istifadə edən İŞİD döyüşçülərinin qısa müddətdə geniş əraziləri tuta biləcəyini göstərir. Cəmi 10 kvadrat kilometrlik ərazini nəzarətdə saxlasalar da, qruplaşmanın hələ də bir neçə minlik qoşunu var.

 

Fərat çayının şərq sahilində yerləşən YPG döyüşçüləri də terrorçuların mümkün revanşının qarşısını almaq üçün öz yurdlarına qayıdan bütün kişiləri ciddi yoxlamadan keçirir.

Hazırda Raqqa və Deyr-Əz-Zor vilayətlərində təhlükəsizliyin təmin olunması üçün Rusiya və İranın fəallıq göstərməsi də ABŞ-ı ciddi narahat edir.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza