Modern.az

İstanbulda silahlı insident

İstanbulda silahlı insident

14 Fevral 2019, 00:13

İstanbulda silahlı insident olub. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulun mərkəzi hissələrindən olan Şişli rayonunda yerləşən yaşayış komplekslərinin birinin qarşısında atışma olub.

 

Məlumata görə, atışma zamanı kompleksin mühafizəçisi və bir sakin yaralanıb.

 

Hadisə yerinə polis və təcili yardım briqadaları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

 

Hadisə ilə bağlı araşdırma aparan polis əməkdaşları qaçan cinayətkarı axtarır.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza